Ana Sayfa > Karusel > “Qarabağ” HİK-lə Tofiq Bəhramov adına stadionda oynayacaq

“Qarabağ” HİK-lə Tofiq Bəhramov adına stadionda oynayacaq


3-08-2023, 14:22. Yazar: Admin

“Qarabağ” HİK-lə Tofiq Bəhramov adına stadionda oynayacaq

 

“Qarabağ”ın Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə (Finlandiya) ilk oyunun başlama saatı və stadionu müəyyənləşib.

 

Qarabaginfo.az xəbər verir ki, avqustun 10-u oynanılacaq matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

 

Ağdam təmsilçisi bu mövsüm Çempionlar Liqasındakı ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmişdi.

 

Qeyd edək ki, “Qarabağ”ın HİK-lə cavab görüşü isə avqustun 17-i olacaq.


Geri dön