Ana Sayfa > Karusel > Yeniyetmə qaçırdığı maşınla qəza törətdi

Yeniyetmə qaçırdığı maşınla qəza törətdi


3-08-2023, 11:11. Yazar: Admin

Yeniyetmə qaçırdığı maşınla qəza törətdi

 

Avqustun 2-də saat 16 radələrində Naxçıvan şəhəri ərazisindən “Audi” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, Naxçıvan ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobilin şəhər sakinləri Rəhman Həsənov və bir yeniyetmə tərəfindən qaçırılması, idarə edilərkən “QAZ-3110” markalı avtomobilə vurulması müəyyən olunub.

 

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən R.Həsənov və həmin yeniyetmə saxlanılıblar.

 

Araşdırma aparılır.


Geri dön