Ana Sayfa > Karusel / Problem > Yuxarı Qarabağ kanalının daşması nəticəsində su basmış ərazidən təxliyə işləri başlayıb - VİDEO

Yuxarı Qarabağ kanalının daşması nəticəsində su basmış ərazidən təxliyə işləri başlayıb - VİDEO


2-08-2023, 23:01. Yazar: Admin

Yuxarı Qarabağ kanalının daşması nəticəsində su basmış ərazidən təxliyə işləri başlayıb - VİDEO

Xəbər verildiyi kimi, Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin Qarabağ, Aran və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.

FHN-in qüvvələri tərəfindən subasmaya məruz qalmış Qaraqoyunlu kəndində zəruri təhlükəsizlik tədbirləri görülüb, o cümlədən təxliyə işləri həyata keçirilib.

Hazırda aidiyyəti qurumlarla koordinasiyalı şəraitdə su kanalının bəndinin uçmuş hissəsinin bərpası işləri davam etdirilir.


Geri dön