Ana Sayfa > Karusel / Dünya > Polşa Belarusla sərhədi tamamilə bağlaya bilər

Polşa Belarusla sərhədi tamamilə bağlaya bilər


2-08-2023, 17:59. Yazar: Admin

“Polşa, Litva və Latviya iki Belarus helikopterinin Polşanın hava məkanını pozmasından sonra Belarusu tamamilə təcrid etməlidir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Polşa daxili işlər naziri Matsey Vonsik bildirib.

“Biz hesab edirik ki, Belarus ərazisindən təxribatlar ola bilər. Məsələn, seçki kampaniyası zamanı Polşada sabitliyin pozulması. Eyni şey Litva və Latviyaya da aiddri”, – Vonsik Polşa televiziyasının efirində deyib.

Onun sözlərinə görə, Varşava ən pis ssenariləri nəzərə almalıdır. Buna görə də sərhədi möhkəmləndirir, ora qoşun yeridir.

 


Geri dön