Ana Sayfa > Karusel / İqtisadiyyat > Borcu olanların bank hesabına həbs qoyulacaq - Prezidentdən sərəncam

Borcu olanların bank hesabına həbs qoyulacaq - Prezidentdən sərəncam


2-08-2023, 16:07. Yazar: Admin

Borcu olanların bank hesabına həbs qoyulacaq - Prezidentdən sərəncam

Azərbaycanda borclunun banklardakı hesabına və saxlancdakı əmlakına həbs qoyula biləcək.

Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "İcra haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, borclunun banklarda və digər kredit təşkilatlarında saxlancda əmlakının və hesabının mövcudluğu, habelə hesab üzrə qalıqlar barədə məlumatlarə icra məmuru "Banklar haqqında” qanuna uyğun olaraq əldə edir və onların (olduqda) üzərinə icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə həbs qoyulacaq.

Borclu hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesablarının mövcudluğu barədə məlumatları icra məmuru vergi orqanlarından tələb edə biləcək.


Geri dön