Ana Sayfa > Karusel > İlham Əliyev Qarabağ ermənilərinə xilas yolunu GÖSTƏRDİ
İlham Əliyev Qarabağ ermənilərinə xilas yolunu GÖSTƏRDİ2-08-2023, 11:05. Yazar: Admin |
Qarabağdakı ermənilər qondarma liderlərinin arxasınca getməməlidirlər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, bu “liderlər”, - hazırkı və bundan əvvəlki “liderlər”, - onlara bütün bu müddət ərzində - müharibədən əvvəl, müharibə zamanı qalib gəldiklərini deyəndə yalan danışıblar.
“Hətta biz Şuşaya nəzarəti ələ alanda onlar deyirdilər ki, Şuşa onların nəzarəti altındadır. Onlar bunu çox yaxşı bilirlər. Onlar Xankəndidə hakimiyyəti ələ keçirmiş və əsas məqsədi öz maraqlarını güdmək olan bugünkü rejimin girovuna çevrilməməlidirlər”, - deyə Prezident qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar.
“Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm”, - deyə dövlətimizin başçısı bildirib. Geri dön |