Ana Sayfa > Karusel > Müəllimlərin vakansiya seçiminin nəticələri AÇIQLANDI

Müəllimlərin vakansiya seçiminin nəticələri AÇIQLANDI


1-08-2023, 15:59. Yazar: Admin

Müəllimlərin vakansiya seçiminin nəticələri AÇIQLANDI

 

2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Bu barədə Qarabaginfo.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

 

26-31 iyul tarixlərində keçirilmiş vakansiya seçimində 5619 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib.

 

Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcək.


Geri dön