Ana Sayfa > Karusel > Astarada oğul atasını öldürərək qaçıb
Astarada oğul atasını öldürərək qaçıb1-08-2023, 12:00. Yazar: Admin |
Avqustun 1-də saat 10 radələrində Astara rayonu Çürkəş kəndində evlərin birində 1952-ci il təvəllüdlü Əliyev Qubad Cümşüd oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin regional qrupundan Qarabaginfo.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oglu, 1977-ci Rəşad hadisə yerindən uzaqlaşıb. Onun tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir. Geri dön |