Ana Sayfa > Karusel > Surət Hüseynovun cənazəsi bu gün Azərbaycana gətirələcək

Surət Hüseynovun cənazəsi bu gün Azərbaycana gətirələcək


1-08-2023, 11:05. Yazar: Admin

Surət Hüseynovun cənazəsi bu gün Azərbaycana gətirələcək

 


Sabiq baş nazir Surət Hüseynovun cənazəsi bu gün axşam saatlarında Türkiyədən Bakıya gətiriləcək.

Qarabaginfo.az APA-ya istinadla xəbər verir ki, bunu onun yaxın qohumu Rauf Ramazanov deyib.

O bildirib ki, cənazə sabah Gəncədə Surət Hüseynovun İsmət Qayıbov küçəsində olan evinə aparılacaq və ata-anasının qəbrinin yanında dəfn ediləcək.

Sabiq Baş nazir, 64 yaşlı Surət Hüseynov dünən İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.

Onun İstanbuldan Moldovaya gedərkən hava limanında səhhəti pisləşib və İstanbulda xəstəxanaya yerləşdirilib.

Surət Hüseynov 1959-cu ildə Gəncə şəhərində anadan olub.


Geri dön