Ana Sayfa > Karusel > Səfərbərlik Xidmətinin iki generalı İŞDƏN ÇIXARILDI
Səfərbərlik Xidmətinin iki generalı İŞDƏN ÇIXARILDI1-08-2023, 10:54. Yazar: Admin |
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iki generalı vəzifəsindən azad olunub.
Qarabaginfo.az xəbər verir ki, işdən çıxarılan şəxslər Xidmətin Çağırış Baş İdarə rəisi, general-mayor Çingiz Kiçikbəyov və Kadrlar Baş İdarə rəisi, general-mayor Azad Əliyevdir.
Hər iki general sərəncama götürülüb.
Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, müvafiq sərəncamla Dövlət Xidmətinin 5 Baş İdarəsinin rəisləri tutduqları vəzifədən azad olunub.
Qeyd edək ki, ilk məlumatı gununsesi.info yayıb. Geri dön |