Xorvatiya Ukraynaya minalardan təmizləmə əməliyyatları üçün 1 milyon avro ayırıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukraynanın İqtisadiyyat naziri Yuliya Sviridenko məlumat verib.
İyulun 25-də Sviridenko bildirib ki, Qərb minalardan təmizləmə işləri aparmaq üçün Ukraynaya 240 milyon dollardan çox vəsait verəcək.
Həmin gün ABŞ-ın dövlət katibi Entoni Blinken Ukraynaya 400 milyon dollar məbləğində hərbi yardımın verildiyini bəyan edib.