Ana Sayfa > Karusel / Qarabağ > İşğaldan azad edilmiş şəhərlərin günü təsis edildi - Siyahı
İşğaldan azad edilmiş şəhərlərin günü təsis edildi - Siyahı31-07-2023, 14:04. Yazar: Admin |
Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Qarabaginfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq: 26 avqust – Laçın şəhəri günü 4 oktyabr – Cəbrayıl şəhəri günü 17 oktyabr – Füzuli şəhəri günü 20 oktyabr – Zəngilan şəhəri günü 25 oktyabr – Qubadlı şəhəri günü 8 noyabr – Şuşa şəhəri günü 20 noyabr – Ağdam şəhəri günü 25 noyabr – Kəlbəcər şəhəri günü. Mədəniyyət Nazirliyinə Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Geri dön |