Ana Sayfa > Karusel > Azərbaycan-Özbəkistan hərbi təlimi başlayıb - FOTO
Azərbaycan-Özbəkistan hərbi təlimi başlayıb - FOTO31-07-2023, 13:25. Yazar: Admin |
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı"na əsasən “UZAZ-2023” kompüter dəstəkli taktiki komanda-qərargah təlimi başlayıb. Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, Daşkənd vilayətinin Çirçik poliqonunda keçirilən birgə təlimin birinci mərhələsində Azərbaycan və Özbəkistan hərbi qulluqçuları xüsusi döyüş fəaliyyətlərinin təşkili və planlaşdırılması üzrə tapşırıqları kompüter və xəritə üzərində icra ediblər. Geri dön |