Ana Sayfa > Karusel > Çin paytaxtında leysan: 31 min adam təxliyə olundu

Çin paytaxtında leysan: 31 min adam təxliyə olundu


31-07-2023, 12:18. Yazar: Admin

Çin paytaxtında leysan: 31 min adam təxliyə olundu

 


Pekin hakimiyyəti güclü yağışların yaratdığı daşqın riski ilə əlaqədar təcili tədbirlər görüb.

Qarabaginfo.az "Şanbao"ya istinadla xəbər verir ki, son 24 saatda 31 mindən çox sakin təxliyə edilib.

Yerli meteoroloji xidmətin məlumatına görə, ən güclü leysan Pekinin cənub-qərb hissəsindədir. Fanqşan rayonunun bəzi yaşayış məntəqələrində sutka ərzində 350 mm-dən çox yağıntı qeydə alınıb. Pekin üçün orta göstərici122 mm-dən aşağı düşüb.

Paytaxt beynəlxalq hava limanı son 24 saat ərzində 92 reysi ləğv edib.

 


Geri dön