Ana Sayfa > Karusel / Qarabağ > Qarabağdakı bu ermənilərə amnistiya verilə bilər – 500 nəfərlik siyahıda kim var?

Qarabağdakı bu ermənilərə amnistiya verilə bilər – 500 nəfərlik siyahıda kim var?


31-07-2023, 11:18. Yazar: Admin

Qarabağdakı bu ermənilərə amnistiya verilə bilər – 500 nəfərlik siyahıda kim var?

“500 nəfərlik siyahı dedikdə burada Azərbaycana qarşı silah işlədənlərdən bəhs edilir. İnteqrasiya prosesi isə həmin şəxslərə aid deyil. Çünki dünyanın heç bir yerində terrorçu ilə müzakirə aparılmır, onun inteqrasiyası gündəmə çevrilmir. Hətta bəzi ölkələr belə terrorçuların cəsədlərini dənizə atır. Məsələn, “Əl-Qaidə” lideri Üsamə bin Ladenin cəsədi ABŞ hərbçiləri tərəfindən dənizə atıldı. Odur ki, bu məsələ silah işlədənlərə aid deyil”.

Qarabaginfo.az xəbər verir ki,bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib.

Hərbi ekspert Azərbaycanın Qarabağ ermənilərinin reinteqrasiya prosesində həyata keçirəcəyi filtrizasiyanın detallarına toxunub.

Müsahibimiz xatırladıb ki, cənab Prezident onlar üçün amnistiya təklifini verib:

“Amnistiya isə o deməkdir ki, onların müəyyən günahları var, cinayətlər işlədiblər, lakin bu cinayətlər ağır cinayət deyil. Yəni silah işlədiblər, amma bunun nəticəsində kimsə həlak olmayıb, yaxud kiməsə işgəncə verməyiblər. Məhz belə şəxslərə amnistiya tətbiq oluna bilər. Amma bu, heç bir halda Vaqif Xaçatryana, Seyran Ohanyana, Robert Koçaryana, Samvel Babayana və digərlərinə aid edilə bilməz. Cinayət işi açılan erməni silahlıları məsuliyyətə cəlb olunacaqlar. Onlar məsuliyyətə cəlb olunduqdan sonra isə başqa addımları, o cümlədən amnistiya addımları atıla bilər”.

Ə. Verdiyev aydınlaşdırıb ki, müəyyən cinayətlər var ki, bunlar yüngül cinayət hesab olunur:

“Bu maddə ilə istintaqa cəlb olunanlar məhkəməyə çıxarılmadan əfv oluna bilirlər. Amma bu cinayət, azərbaycanlılara qarşı soyqırımı törədənlərə, əhalimizin doğma yurd-yuvasından qovulmasında iştirak edənlərə, onlara işgəncə verənlərə, əmlakımızı dağıdıb satanlara, dağıdanlara, yandıranla aid deyil”.

Hərbi analitik qeyd edib ki, V. Xaçatryanın həbsi ilə bağlı proseslərdə Azərbaycan nümayiş etdirdi ki, biz Qarabağda baş verənlər və yaşayanlar haqqında məlumat bazasına malikik:

“Biz 680 nəfərin sərhəddən keçməyinə icazə veririk, amma onların içindən 1 nəfəri həbs edirik. Bu, okeanda zərərli bir damcını götürmək kimi bir şeydir. Belə olan halda kiminsə Azərbaycan dövlətini, hüquq-mühafizə orqanlarımızı yan keçməklə hansısa nəticələr əldə etməsi mümkün deyil. Kimsə səhv edibsə, bağışlanıla bilər, lakin bu, səhvin miqyasına və cinayətin maddəsinə baxır”.


Geri dön