Ana Sayfa > Karusel / Region > Almaniya Ukraynaya “Taurus” uzaqmənzilli qanadlı raketləri verməkdən imtina edib

Almaniya Ukraynaya “Taurus” uzaqmənzilli qanadlı raketləri verməkdən imtina edib


29-07-2023, 22:46. Yazar: Admin

Almaniya Ukraynaya “Taurus” uzaqmənzilli qanadlı raketləri verməkdən imtina edib

Almaniya Müdafiə Nazirliyi Kiyevə uzaqmənzilli “Taurus” qanadlı raketləri verməkdən yenə imtina edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Almaniyanın “Tagesschau” nəşri məlumat yayıb.

İmtina səbəbi açıqlanmır.

Belə raketlərin Ukraynaya ötürülməsini müxalif Xristian Demokrat İttifaqı və hakim koalisiyaya daxil olan Almaniya Azad Demokrat Partiyası dəstəkləyir.

Ukrayna səfiri Aleksey Makeyev bu cür raketlərin dərhal Kiyevə ötürülməsini tələb edib.


Geri dön