Ana Sayfa > Karusel / Kriminal > Aşura günü rabitə qülləsinə qara bayraq asan şəxs həbs edildi
Aşura günü rabitə qülləsinə qara bayraq asan şəxs həbs edildi28-07-2023, 17:10. Yazar: Admin |
Sabunçu rayonunun Ramana qəsəbəsində rabitə qülləsinə qara bayraq asan şəxs həbs edilib. Bu barədə DİN-in Mətbuat xidmətindən Qarabaginfo.az-a bildirilib. Qeyd edilib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir. “Qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də günorta saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində rabitə qülləsinə qara bayraq asılması müşahidə olunub. Polis əməkdaşları tərəfindən həmin əməli törədən 1983-cü il təvəllüdlü Hüseynov Samid müəyyən olunaraq həbs edilib. İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək, vətəndaşlarımızı qanunverciliyin tələblərini anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq”, - açıqlamada vurğulanıb. Geri dön |