Ana Sayfa > Karusel / Siyasət > Rusiya və Çin Sakit Okeanda birgə patrula başlayıb

Rusiya və Çin Sakit Okeanda birgə patrula başlayıb


28-07-2023, 15:05. Yazar: Admin

Rusiya Hərbi Dəniz Qüvvələri və Çin Hərbi Dəniz Qüvvələrinin gəmiləri Sakit okeanda birgə patrul xidmətinə başlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.

Rusiyadan patrula iri sualtı qayıqlara qarşı “Admiral Tributs” və “Admiral Panteleyev” gəmiləri, həmçinin “Peçenqa” orta dəniz tankeri də daxil edilib.

“Birgə patrulun vəzifələri Rusiya və Çin arasında dəniz əməkdaşlığını gücləndirmək, Asiya-Sakit okean regionunda sülh və sabitliyi qorumaq, dəniz ərazisinə nəzarət etmək və Rusiya Federasiyası və Çinin dəniz iqtisadi fəaliyyəti obyektlərini qorumaqdır”, – nazirlikdən bildirilib.


Geri dön