Ermənistan ordusuna məxsus “UAZ” markalı hərbi avtomobil qəzaya uğrayıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, avtomobilin aşması nəticəsində 2 hərbçi yaralanıb. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu qeyd olunur.
Hadisə ilə bağlı cinayət işi açılıb.