Ana Sayfa > Karusel / Siyasət > Hikmət Hacıyev Ermənistan parlamentinin sədrinə cavab verib
Hikmət Hacıyev Ermənistan parlamentinin sədrinə cavab verib27-07-2023, 17:53. Yazar: Admin |
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan parlamentinin sədri Alen Simonyana cavab verib. Qarabaginfo.az xəbər verir ki, Hikmət Hacıyev "Twitter" hesabında Simonyanın ittihamına cavab verib. “Ermənistanın siyasi rəhbərliyi sözlə oynamaq əvəzinə, Laçın yolu ətrafında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş manipulyasiya, dezinformasiya və yanlış məlumatlandırma oyunlarına, təbliğat kampaniyasına son qoymalıdır! Ağdam-Xankəndi yolu hər növ çatdırılma üçün açıqdır!”, - Hikmət Hacıyev paylaşımında qeyd edib. Geri dön |