Ana Sayfa > Karusel / İqtisadiyyat > Hesablama Palatası: Son 7 ildə peyvəndlərin 51,1%-i itkiyə gedib

Hesablama Palatası: Son 7 ildə peyvəndlərin 51,1%-i itkiyə gedib


27-07-2023, 14:09. Yazar: Admin

Hesablama Palatası: Son 7 ildə peyvəndlərin 51,1%-i itkiyə gedib

2016-2022-ci illər üzrə illik statistik hesabat formasındakı peyvənd sərfiyyatı göstəriciləri və "Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”ndəki (VESKS) peyvənd məlumatlarının təhlili faktiki olaraq həmin illərdə ölkə üzrə sərf olunan peyvənd dozalarının yalnız 44,5%-nin uşaqların peyvəndlənməsinə sərf edildiyini, qeyd edilən dövr ərzində gözləniləndən artıq itkiyə gedən peyvəndin dəyərinin ümumi sərf edilən peyvəndlərin dəyərinin 51,1%-ni təşkil etdiyini göstərir.

Qarabaginfo.az xəbər verir ki, bu, Hesablama Palatasının 2023-cü il üçün İş Planına əsasən Azərbaycan Respublikasında uşaqların yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikası sahəsində həyata keçirilən fəaliyyətin auditi zamanı üzə çıxıb.

Qeyd edilib ki, VESKS-in yuxarıda göstərilən səbəblərdən tam təkmil olmaması iki məlumat bazası arasında uyğunsuzluğa səbəb olmaqla itki sayının çox olması qənaətini formalaşdırmaqla profilaktik peyvənd fəaliyyətinə ümumi nəzarəti təmin edən və peyvəndlərin istifadəsi barədə illik hesabatları tərtib edən Respublika GEM-i peyvəndin real itki dərəcələrini aylıq və illik əsasda nəzarətdə saxlamaq imkanından məhrum edib.


Geri dön