Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Özəl pensiya fondunun yaradılmasına hazırlıq gedir
Ana Sayfa > Karusel / Sosial > Özəl pensiya fondunun yaradılmasına hazırlıq gedir

Özəl pensiya fondunun yaradılmasına hazırlıq gedir


27-07-2023, 12:17. Yazar: Admin

Özəl pensiya fondunun yaradılmasına hazırlıq gedir

 

Özəl pensiya fondunun yaradılması üçün normativ hüquq sənədlərin hazırlanması istiqamətində işlər görülür.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin 1-ci yarımilliyinin hesabatına dair bu gün keçirilən mətbuat konfransında bildirib.

 

“Özəl pensiya fonduna investisiyalar uzun müddətli hesab olunur. Fondun yaradılması istiqamətində hazırlanan qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində və aidiyyəti qurumlarla razılaşdırma prosesini aparırıq. Bu prosesin yekununda müvafiq layihələr Milli Məclisə təqdim olunacaq”, - H.Məmişov qeyd edib.


Geri dön