Ana Sayfa > Karusel / Siyasət > “Aİ və ABŞ Cənubi Qafqazda sabitliyi pozur”- Rusiya XİN

“Aİ və ABŞ Cənubi Qafqazda sabitliyi pozur”- Rusiya XİN


26-07-2023, 16:10. Yazar: Admin

“Avropa İttifaqının və ABŞ tərəfinin vasitəçiliyinin Ermənistan-Azərbaycan nizamlanmasında heç nəticəsi yoxdur”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

 Onun sözlərinə görə, Brüssel və Vaşinqtonun hərəkətləri Cənubi Qafqazda vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxarır.

“Təəssüf ki, Brüssel və ABŞ toxunduğu hər şey sabitliyin pozulmasına gətirib çıxarır. Cənubi Qafqaz regionu da istisna deyil”, – Zaxarova qeyd edib.

İyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Həmin gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya prezidenti Vladimir Putin 2023-cü ilin sonuna qədər keçiriləcək sammitdə Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə bilər.


Geri dön