Ana Sayfa > Karusel > “Qarabağın kəndləri ərzaqla doludur, Arayik deyilən o əclaf...” - Erməni bloger

“Qarabağın kəndləri ərzaqla doludur, Arayik deyilən o əclaf...” - Erməni bloger


26-07-2023, 15:09. Yazar: Admin

“Qarabağın kəndləri ərzaqla doludur, Arayik deyilən o əclaf...” - Erməni bloger

 


Bu gün eşidirəm ki, guya Qarabağda siqaret yoxdur. Bu, yalandır. Vardanyan, Nersisyan və Arutyunyan yalandan deyirlər ki, Qarabağda siqaret yoxdur. Bir həftə əvvəl Vitali Balasanyanı həbs edib, bir gün sonra da buraxdılar. Bilirəm ki, təkcə 50 min ədəd humanitar yardımla verilən siqaret Balasanyanda aşkarlanıb. Cənab qarabağlılar, 50 min siqareti Balasanyandan aşkarladılar. 

Qarabaginfo.az xəbər verir ki, bu sözləri məşhur erməni bloger Roman Baqdasaryan sosial şəbəkə hesabında paylaşdığı video-müraciəti zamanı deyib. 

“Hansı siqaret yoxluğundan danışa bilərik ki? O siqaretləri ki Balasanyan “hakimiyyətlə” birgə qocalara 900 drama satırdı? Hara yox oldu bu humanitar yardımla verilən 50 min siqaret? Araik, niyə süni problem yaradırsan? Çıxart o siqaretləri, ver əhaliyə. Qarabağın bütün kəndləri ərzaqla doludur. Aclıq deyilən şey yoxdur. Aclıq süni şəkildə yayılır. Araik və Ruben deyilən o əclaflar Ermənistandan aldıqları milyardlar hesabına kifayət qədər benzin almalı idilər ki, bu ərzaqları Xankəndiyə çatdırsınlar. Sən Araik deyirsən ki, Qarabağda yeni kartof yoxdur. Sən ermənilərə demək istəyirsən ki Qarabağda buğda yoxdur. Sən Qarabağda doşabın olmadığını deməklə kimi aldadırsan? Qarabağda balonlarla doşab yığılıb”, - deyə o bildirib. 

Qeyd edək ki, Ermənistan hakimiyyəti başda olmaqla Qarabağdakı separatçı rejim qalıqları artıq uzun zamandır müxtəlif yollarla dünya ictimaiyyətini, beynəlxalq təşkilatları inandırmağa çalışırlar ki, guya Azərbaycan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurmaqla Qarabağ ermənilərini blokadaya alıb, onlar üçün humanitar böhran vəziyyəti yaradıb, guya ermənilər ərzaq çatışmazlığı ilə üz-üzədirlər. Lakin məhz elə Xankəndidən yayılan kadrlardan da dəfələrlə şahid olmuşuq ki, bütün bu iddialar ağ yalandır, həqiqəti əks etdirmr, qondarma rejimin və Ermənistan hakimiyyətinin növbəti qarayaxma kampaniyasından başqa bir şey deyil. Bunların üzərindən Roman Baqdasaryanın da belə bir açıqlama ilə çıxış etməsi bir daha Qarabağdakı real vəziyyəti hansı yerdə olduğunu üzə çıxarmış olur. 


Geri dön