Ana Sayfa > Karusel > Bakıda 21 yaşlı gənc qətlə yetirildi

Bakıda 21 yaşlı gənc qətlə yetirildi


26-07-2023, 14:48. Yazar: Admin

Bakıda 21 yaşlı gənc qətlə yetirildi

 

İyulun 26-də saat 12 radələrində Səbail rayonu Bibiheybət qəsəbəsində restoranların birində işləyən 2002-ci il təvəllüdlü Ömərov Azər Aslan oğlunun aldığı xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən Qarabaginfo.az-a bildirilib ki, ilkin məlumata görə cinayət hadisəsi onun iş yoldaşı 2002-ci təvəllüdlü Əkbərli Rüfət Əsgər oğlu ilə şəxsi münasibətlər zəminində baş verib.

 

R.Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Araşdırma aparılır.


Geri dön