Lənkəranda zəlzələ olub.
Qarabaginfo.az-ın məlumatına görə, saat 11:03 radələrində Lənkəran rayonu ərazisində yeraltı təkan qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən isə bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran rayonunda zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 4.9, dərinliyi 10 km olub.