Ana Sayfa > Karusel > Qeyri-sabit hava bu tarixədək davam edəcək

Qeyri-sabit hava bu tarixədək davam edəcək


25-07-2023, 10:32. Yazar: Admin

Qeyri-sabit hava bu tarixədək davam edəcək

 

Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

 

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

 

İyulun 26-sı gündüzdən yağıntıların tədricən kəsiləcəyi, 27-si əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.


Geri dön