Ana Sayfa > Karusel > Mingəçevirdə kater sahilə çırpıldı - Xəsarət alanlar var

Mingəçevirdə kater sahilə çırpıldı - Xəsarət alanlar var


25-07-2023, 10:04. Yazar: Admin

Mingəçevirdə kater sahilə çırpıldı - Xəsarət alanlar var

 

Mingəçevirdə kater sahilə çırpılıb, araşdırma aparılır.

 

Baş Prokurorluqdan Qarabaginfo.az-a verilən məlumata görə, iyulun 24-ü saat 22 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində motorlu qayığın limana çırpılması nəticəsində qayıqda olan sərnişinlər – 1998-ci il təvəllüdlü Bayram Abbaszadə, 2007-ci il təvəllüdlü Heydər Həsənzadə və 1995-ci il təvəllüdlü Səbinə Ramazanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.


Geri dön