Ana Sayfa > Karusel / Siyasət > Ərdoğan: "Bizim heç bir ölkə ilə həll olunmayan problemimiz yoxdur"

Ərdoğan: "Bizim heç bir ölkə ilə həll olunmayan problemimiz yoxdur"


24-07-2023, 21:20. Yazar: Admin

Ərdoğan: "Bizim heç bir ölkə ilə həll olunmayan problemimiz yoxdur"

Parlamentin açılışı ilə biz də üzərimizə düşəni edəcəyik. Son qərar qəbul edən orqan Türkiyə Böyük Millət Məclisidir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində İsveçin NATO-ya üzvlük prosesi haqqında danışarkən bildirib.

"Bizim heç bir ölkə ilə həll olunmayan problemimiz yoxdur. İnanırıq ki, dialoq və diplomatiyaya yer açılsa, anlaşılmazlıqlar aradan qalxacaq", - deyə Ərdoğan bildirib.

Türkiyə lideri deyib ki, ölkəsi bu prosesi son 21 ildə dəfələrlə həyata keçirib.

"Biz maneəni keçdik. Bu gün də eyni uğura nail olmağımıza heç bir maneə yoxdur. Ümid edirəm ki, bu addımların müsbət nəticələrini tezliklə görəcəyik ki, bu da həm ölkəmizin, həm də Aİ-nin marağında olacaq", - deyə Türkiyə Prezidenti bildirib.


Geri dön