Ana Sayfa > Karusel / Siyasət > BMT Baş katibi Putinə məktub göndərib

BMT Baş katibi Putinə məktub göndərib


24-07-2023, 20:10. Yazar: Admin
.

BMT Baş katibi Antonio Quterreş Rusiya prezidenti Vladimir Putinə məktub yazaraq Qara dəniz sazişinə qayıtmağı təklif edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Rusiyanı son təkliflərimə uyğun olaraq Qara dəniz təşəbbüsünün həyata keçirilməsinə qayıtmağa çağırıram”, – Quterreş Romada Ərzaq Sistemləri Sammitində bildirib.

Bundan əvvəl Baş katib “Rosselxozbank”ın özünü yox, törəmə qurumunu SWIFT sisteminə yenidən qoşmağı təklif edib.

Rusiya tərəfi daha əvvəl Quterreşin məktubuna cavab vermişdi. Orada qeyd olunurdu ki, bu gün “Rosselxozbank”ın SWIFT-ə yenidən qoşulmasının alternativi yoxdur və BMT Baş katibinin təklif etdiyi tədbirlər Rusiya Xarici İşlər Nazirliyi tərəfindən qeyri-kafi kimi tanınır.

XİN həmçinin Quterreşi Putinə ünvanlanmış məktubu dərc etdiyinə görə qınayıb, çünki bu, diplomatik yazışma qanunlarının pozulmasıdır.

Azpost.info


Geri dön