Ana Sayfa > Karusel / İqtisadiyyat / Dünya > “Taxıl sazişi”ndən çıxması Rusiyanın Afrika ilə “arasını vurub”- Narazılıqlar başlayıb

“Taxıl sazişi”ndən çıxması Rusiyanın Afrika ilə “arasını vurub”- Narazılıqlar başlayıb


24-07-2023, 15:16. Yazar: Admin

Cümə axşamı Sankt-Peterburqda Afrika liderləri ilə baş tutacaq sammit ərəfəsində Rusiya Ukrayna taxılının dünya bazarına tədarükünü kəsərək “taxıl sazişi”ndən çıxdı.

Qarabaginfo.az xəbər verir ki, bundan sonra ən azı iki Afrika ölkəsi Rusiyanın hərəkətlərindən narazı olduqlarını açıq şəkildə bildiriblər.

Analitiklərin fikrincə, sammit Rusiya ilə Afrika arasında münasibətlərdə həlledici məqam ola bilər.

Misirin daxili ticarət və təchizat naziri Əli əl-Moselhi Moskvanı mövqeyinə yenidən baxmağa çağırıb və Rusiyanın sazişdən çıxmasından narazı olduqlarını deyib.

Keniyanın xarici işlər naziri Korir Sinq Oey isə Moskvanın bu addımını “ərzaq təhlükəsizliyinin kürəyinə vurulmuş zərbə” adlandırıb. Onun sözlərinə görə, bu, xüsusən də quraqlıqdan əziyyət çəkən Afrika Buynuzu ölkələrinə ağır zərbə vurur.

Rusiyanın sazişdə iştirakını rəsmən dayandırmasından dərhal sonra Keniyadakı səfir Dmitri Maksimiçov Moskvanı məsuliyyətdən azad etməyə çalışıb və məsələdə ABŞ və Avropa İttifaqını günahlandırıb.

“İndi, mənim əziz keniyalı dostlarım, siz ərzaqdan kimin silah kimi istifadə etdiyi barədə bütün həqiqəti bilirsiniz”, – Maksimiçev bildirib.

Sankt-Peterburq sammitində Afrika liderləri  “taxıl sazişi”nə qayıtması üçün Rusiyaya təzyiq göstərməyə çalışacaqlar.


Geri dön