Ana Sayfa > Karusel / Siyasət > Prezident: Azərbaycan-Çin münasibətləri qarşılıqlı hörmət və dostluq üzərində qurulub

Prezident: Azərbaycan-Çin münasibətləri qarşılıqlı hörmət və dostluq üzərində qurulub


24-07-2023, 15:11. Yazar: Admin

Prezident: Azərbaycan-Çin münasibətləri qarşılıqlı hörmət və dostluq üzərində qurulub

Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bildirib.

Əməkdaşlığımızın təməlinin məhz o vaxt qoyulduğunu, bu gün ölkələrimiz arasında əlaqələrin çox uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub”.


Geri dön