Ana Sayfa > Karusel / Təhsil > Tələbələrin peşə məktəblərindən xaric və bərpa olunması qaydası hazırlanacaq

Tələbələrin peşə məktəblərindən xaric və bərpa olunması qaydası hazırlanacaq


24-07-2023, 15:06. Yazar: Admin

Tələbələrin peşə məktəblərindən xaric və bərpa olunması qaydası hazırlanacaq

Peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydaları hazırlanacaq.

Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi barədə fərmanda əksini tapıb.

Fərmana əsasən, Elm və Təhsil Nazirliyi üç ay müddətində peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını təsdiqləməlidir.


Geri dön