Ana Sayfa > Karusel > Ərdoğan NK-da Putinlə danışıqları müzakirə edəcək

Ərdoğan NK-da Putinlə danışıqları müzakirə edəcək


24-07-2023, 12:34. Yazar: Admin

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında rusiyalı həmkarı Vladimir Putinlə taxıl müqaviləsinə dair gözlənilən danışıqları müzakirə etmək niyyətindədir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Ərdoğanın ötən həftə Ukrayna lideri Vladimir Zelenski ilə görüşündən sonra diqqətlər taxıl dəhlizi prosesinə yönəlib”, - mənbə bildirib.

Qeyd edək ki, 17 iyunda taxıl sazişi başa çatdıqdan sonra Rusiya müqaviləni uzatmaqdan imtina edib. Ərdoğan yaxın gələcəkdə Putinlə taxıl müqaviləsi üzrə danışıqlara ümid etdiyini bildirib. Türkiyə lideri Putinin avqustda Ankaraya səfər edə biləcəyini də vurğulayıb.

 


Geri dön