Ana Sayfa > Karusel > İrəvanda separatçılara dəstək mitinqi baş tutmadı

İrəvanda separatçılara dəstək mitinqi baş tutmadı


24-07-2023, 11:35. Yazar: Admin

İrəvanda separatçılara dəstək mitinqi baş tutmadı

 


Ermənistan polisi İrəvanın mərkəzi küçələrini bağlayıb. 

Qarabaginfo.az “Hraparak”a istinadla xəbər verir ki, buna səbəb müxalifətin paytaxtın Fransa meydanında etiraz aksiyası keçirməsidir.

Erməni nəşri yazır ki, bu gün səhər saat 8:30-dan etibarən bir sıra müxalif qurumlar və müstəqil QHT üzvləri “Biz Artsaxıq” devizi ilə separatçılara dəstək mitinqi keçiriblər. Etirazçılar gələcəkdə küçələri bağlayaraq itaətsizlik aksiyalarına başlayacaqlarını bildiirblər.

İrəvan polisin verdiyi məlumata görə aksiyada çox az sayda adam iştirak edib. Əhalinin mitinqə marağı aşağı olub. 

Ermənistanın siyasi dairələri mitinqin baş tutmadığını iddia edib.


Geri dön