Ana Sayfa > Karusel > “Qarabağ” yeni transferini UEFA-ya sifariş etdi

“Qarabağ” yeni transferini UEFA-ya sifariş etdi


22-07-2023, 11:00. Yazar: Admin

“Qarabağ” yeni transferini UEFA-ya sifariş etdi

 


“Qarabağ” yeni transferi Patrik Andradeni UEFA-ya sifariş edib. 

Qarabaginfo.az qurumun rəsmi saytına istinadən məlumat verir ki, Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsində Polşa təmsilçisi “Rakuv”la keçiriləcək oyunlar üçün yarımmüdafiəçinin adını iştirak ərizəsinə salıb. 

Serbiya klubu “Partizan”dan qayıdan 30 yaşlı orta sahə oyunçusu “Rakuv”la matçlarda məşqçilər korpusunun sərəncamında olacaq. Baş məşqçi Qurban Qurbanovun ixtiyarında hazırda 26 oyunçu var. 

Qeyd edək ki, “Qarabağ”la “Rakuv” arasında ilk oyun iyulun 26-da Çenstoxovada, cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək. 


Geri dön