Ana Sayfa > Karusel > Dövlət başçısından Moskva görüşü barədə AÇIQLAMA
Dövlət başçısından Moskva görüşü barədə AÇIQLAMA21-07-2023, 16:38. Yazar: Admin |
Azərbaycan və Ermənistan xarici işlər naziri Moskvada görüşəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə iyulun 21-də Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda məlumat verib.
Prezident görüşün tarixini açıqlamayıb və yaxın vaxtlarda baş tutacağını bildirib.
Qeyd edək ki, Rusiyada sonuncu dəfə XİN başçıları səviyyəsində görüş mayın 19-da baş tutub. Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb.
Bir neçə gün əvvəl Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin Moskvada üçtərəfli görüşünün keçirilməsi şansı çox yüksəkdir. Geri dön |