Ana Sayfa > Karusel / Siyasət > Vilayət Eyvazov xanım polisi sərəncama götürdü

Vilayət Eyvazov xanım polisi sərəncama götürdü


20-07-2023, 17:54. Yazar: Admin

Vilayət Eyvazov xanım polisi sərəncama götürdü

Mingəçevir şəhər Prokurorluğunun binasında dindirilən  zaman özünü ikinci mərtəbədən ataraq öldürən Turalə Aslanova ilə bağlı Gununsesi.info özəl məlumatlar əldə edib.

Saytın əldə etdiyi məlumata görə, külli miqdarda dələduzluq işinə görə dindirilən  Turalə Aslanovanın ayrı-ayrı vətəndaşlara 500 min manata qədər borcu olub.

Borclu olduğu şəxslərin sayı isə təxminən 30 nəfərə qədərdir.

Başqa bir məlumatda bildirilir ki, onun  ifadəsində adını çəkdiyi Kəmalə Quliyeva adlı şəxs də polis işçisi olub.

Məlumata görə, bu gün DİN rəhbəri Vilayət Eyvazov Kəmalə Quliyeva adlı polisi sərəncama götürüb.

Turalə Aslanovanın intihar olayına gəlincə, bildirilir ki, onun özünü öldürmək niyyəti olmayıb.

“Çünki, o, prokurorluğun birinci mərtəbəsindən özünü atıb. Sadəcə boynu sındığından vəfat edib” deyə mənbə ekspertizanın rəyində bunun üzə çıxacağını əlavə edib. 


Geri dön