Ana Sayfa > Karusel / Region > Bu vətəndaşların şəxsiyyət vəsiqələrində dəyişikliyə başlanıldı

Bu vətəndaşların şəxsiyyət vəsiqələrində dəyişikliyə başlanıldı


20-07-2023, 17:22. Yazar: Admin

Bu vətəndaşların şəxsiyyət vəsiqələrində dəyişikliyə başlanıldı

Ermənistan ərazisində 521 türkmənşəli yaşayış məskənlərinin adları erməni adları ilə dəyişdirilib. Bu proses iki əsrdən çox qabaq artıq başlasa da, ermənilərin Azərbaycanın mədəni, dini, tarixi abidələrini saxtalaşdırdığı kimi yer, məkan adlarını da dəyişib, saxtakarcasına erməni toponimləri ilə təqdim etməsi təxminən bir əsrdən çoxdur ki, daha sürətli hal aldı. Bu da təbii ki, ermənilərin Azərbaycan ərazilərində məkunlaşdırılması siyasətinin daha sürətli vüsət alması, azərbaycanlıları öz dədə-baba yurdlarından, tarixi torpaqlarından deportasiya edilməsi, müxtəlif üsullarla qaçqın-köçkün həyatına məhkum edilməsindən sonra daha da intensivləşdi. Lakin Azərbaycan Ordusu, Azərbaycan xalqı 3 il əvvəl - 44 günlük Vətən müharibəsi ilə Ermənistanın 30 illik işğalına son qoymaqla tarixi ədaləti bərpa etdi. Azərbaycanın bu zəfəri təkcə ərazilərimizin işğalına son qoymadı, eyni zamanda uzun on illiklərdir düşmənin mənimsədiyi ərazilərimizin erməni toponimlərindən xilas edilməsi, tarixi keçmişimizi bərpa etməyimiz sarıdan da olduqca əhəmiyyətli bir prosesin başlanğıcı oldu.

Vətəndaşlarımızın Trend-ə verdiyi məlumata görə, Qərbi Azərbaycandan olan soydaşlarımızın yeni şəxsiyyət vəsiqələrində artıq doğulduqları yer erməni toponimləri ilə yox, məhz Azərbaycan toponimləri ilə qeyd olunmağa başlayıb.

Bu prosesə bağlı Qərbi Azərbaycan İcmasının Sədri, millət vəkili Əziz Ələkbərli Trend-ə danışıb:

"Qərbi Azərbaycan İcması olaraq, tarixi torpaqlarımızla bağlı bütün həqiqətləri ortaya qoymaq, insanlarımızın ata-baba yurdlarına mənəvi qayıdışını təmin etməklə fiziki qayıdışın təməlini qoymaq bizim əsas hədəflərimiz sırasındadır.

Təəssüf ki, son 200 il ərzində Qərbi Azərbaycan ərazisinə köçürülüb gətirilən ermənilər bütün vasitələrlə bu ərazilərin tarixini, etnik mənsubiyyətini saxtalaşdırmaq xətti götürmüşlər. Guya bu yerlər min il əvvəl ermənilərin vətəni olub. Olubsa, zəhmət çəksinlər bir dənə qədim erməni qəbiristanlığı göstərinlər, min il əvvələ aid bir dənə erməni qəbri tapsınlar, o qəbirdən bir dənə erməni kəlləsi çıxarsınlar və dünyaya göstərinlər. Edə bilməzlər və göstərə bilməzlər, çünki min il əvvəl indiki Ermənistan ərazisində erməni-hay yaşamayıb.

Ermənilər tərəfindən dəyişdirilən, saxtalaşdırılan toponimlərimizin bərpası da tarixi torpaqlarımıza mənəvi qayıdışımızın tərkib hissəsidir. Mən sizə bir misal çəkim, vətəndaş doğulub 1960-cı ildə Basarkeçər rayonunun Yarpızlı kəndində, Basarkeçər rayonunun adı 1969-da dəyişdirilib Vardenis, Yarpızlı kəndinin adı 1978-də dəyişdirilib Lçavan qoyulub, indi bu vətəndaşın sənədində niyə Vardenis və niyə Lçavan yazılmalıdır? Digər tərəfdən, biz zatən Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının 4-cü maddəsinin 9-cu bəndində indiki Ermənistanda "aparılmış yer adları dəyişliklərinin ləğv edilməsini" şərt kimi irəli sürmüşük, onlardan bunu tələb etdiyimiz halda, özümüz ermənilərin saxta toponimlərini niyə qəbul etməliyik?

Buna görə də, bəli, Qərbi Azərbaycandan olan vətəndaşlarımızın yeni şəxsiyyət vəsiqələrində, digər sənədlərində doğulduqları yer artıq erməni toponimləri ilə yox, əsl - Azərbaycan toponimləri ilə qeyd olunmalıdır və bu gün Nazirlər Kabinetinin bu məsələ ilə bağlı verdiyi qərarı alqışlayırıq. Qərbi Azərbaycan İcması bu məsələdə üzərinə düşən vəzifəni indiyə qədər diqqətlə icra edib, bundan sonra da diqqətdə saxlayacaq.

Qeyd edək ki, bu gün Nazirlər Kabineti "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda dəyişiklik edib.

Baş nazir Əli Əsədovun imzaladığı sənədə əsasən, Qaydalara aşağıdakı məzmunda 1.5-1-ci bənd əlavə edilib:

"1.5-1. Qeydiyyat şöbəsində və konsulluq idarəsində vətəndaşlıq vəziyyəti aktlarının, icra hakimiyyətinin nümayəndəliyində doğumun, nikahın bağlanmasının və ölümün dövlət qeydiyyatı aparılarkən yer adları mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılır. Ermənistan Respublikasındakı yer adları isə Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılır.".

2. 9.11-ci bənd aşağıdakı redaksiyada verilsin:

"9.11. Verilən təkrar şəhadətnamələrdə və arayışlarda yer adları həmin sənədlərin verildiyi gün mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılır. Təkrar şəhadətnamələrdə və arayışlarda Ermənistan Respublikasındakı yer adları yazılarkən bu Qaydanın 1.5-1-ci bəndinin tələbləri tətbiq edilir.".

Xatırladaq ki, Prezident İlham Əliyev hələ ötən il sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldarkən Ermənistanın Azərbaycan topnimlərini erməniləşdirmək siyasəti barədə danışarkən bildirib: Bax, bu yolla Ermənistandan Qarabağa, Qarabağdan Ermənistana gedərək görürdülər ki, burada qanunsuz məskunlaşma aparılır. Görürdülər ki, Azərbaycan toponimləri sıradan çıxarılır. Görürdülər ki, bizim tarixi, qədim Azərbaycan torpağı olan Laçın erməniləşdirilir, burada qanunsuz məskunlaşma aparılır. Ancaq buna göz yumurdular, sanki bununla razılaşırdılar. Biz Azərbaycan xalqı isə bununla heç vaxt razılaşa bilməzdik. Mən hər dəfə deyirdim ki, heç vaxt imkan verə bilmərik bizim torpağımızda ikinci erməni dövləti yaradılsın.


Geri dön