Ana Sayfa > Karusel > Ukrayna ordusu ABŞ-ın verdiyi kasetli bombalardan istifadə etməyə başlayıb

Ukrayna ordusu ABŞ-ın verdiyi kasetli bombalardan istifadə etməyə başlayıb


20-07-2023, 16:28. Yazar: Admin

ABŞ-ın göndərdiyi kasetli bombalar Ukraynanın cəbhə bölgəsinə daşınır

 

Ukrayna ordusu ABŞ-ın verdiyi kasetli bombalardan istifadə etməyə başlayıb

Qarabaginfo.az-ın xəbərinə görə, bunu “Vaşinqton Post” yazıb.

Nəşrin məlumatına görə, sursat Ukraynanın cənub-şərqində Rusiya qoşunlarının yaxşı möhkəmləndirilmiş mövqelərini məhv etmək üçün istifadə edilib.

Ukrayna rəsmiləri nəticələrin ciddi olduğunu bildiriblər.

Qeyd edək ki, ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) iyulun 7-də yeni yardım paketinin bir hissəsi olaraq Ukraynaya kasetli sursatların göndəriləcəyini açıqlayıb.

Ukrayna ordusunun generalı Oleksandr Tarnavski iyulun 13-də deyib ki, Ukrayna artıq ABŞ-dan kasetli sursatlar alıb. Onun sözlərinə görə, bu silahlar cəbhədəki vəziyyəti kökündən dəyişə bilər.

BMT-nin Ukrayna üzrə Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) sözçüsü Saviano Abreu kasetli bombaların mülki əhali üçün təhlükəli olmasının sübuta yetirildiyini deyib.

Kasetli bombaları partlama zamanı bir-birindən ayrılan onlarla kiçik bombadan ibarətdir və qadağandır, çünki partlamamış bombalar döyüş əməliyyatları başa çatdıqdan sonra illərlə mülki əhali üçün risk yarada bilər.

Xatırladaq ki, 2010-cu ildə kasetli sursatlar haqqında konvensiya qüvvəyə minib. O, tərəflər və ya imzalayan 123 dövlətdə onların istifadəsini, istehsalını və yığılmasını qadağan edir.

123 ölkə sənədi ratifikasiya edib. Rusiya, ABŞ və Ukrayna bu siyahıya daxil deyil.


Geri dön