Ana Sayfa > Karusel / Gündəm > “Yol polisi əməkdaşı deputatların hamısını tanıya bilməz”

“Yol polisi əməkdaşı deputatların hamısını tanıya bilməz”


8-09-2020, 16:03. Yazar: Admin

Yol polisi ilə deputat Razi Nurullayev arasında yaranmış mübahisəli məsələ hazırda araşdırılır.

 

Bu barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev açıqlamasında bildirib.

 

"Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Həmin ərazidə və qeyd edilən avtomobildə olan videokameralara da baxış keçiriləcək. Görək maşın hansı səbəbdən saxlanılıb və orada nə söhbət gedib.

 

Əgər əməkdaşımız tərəfindən hansısa qanunazidd hərəkətlər aşkarlanarsa, sözsüz ki, onun haqqında müvafiq tədbirlər görüləcək”, - deyə Kamran Əliyev bildirib.

 

Yol polisi deyir ki, deputatlar da yol polisinə sənəd təqdim etməlidirlər:

 

"Yazıda Millət vəkili bildirir ki, polis əməkdaşı ondan sənəd tələb edib. Yol polisi əməkdaşı deputatların hamısını tanıya bilməz. Yaxud deputatın maşınını sürücü, yaxud hansısa yaxını da idarə edə bilər.

 

Polis əməkdaşının deputatdan sənəd göstərməyi tələb etməsində qeyri-adi hal yoxdur. Burada polisin kimdənsə rüşvət istəməsi halı da yoxdur.

 

Hər bir sürücü kimi Millət vəkili də ən azından deputatlığı təsdiq edən sənədi göstərməlidir ki, həmin əməkdaş da bu adamın, həqiqətən də, deputat olduğunu bilsin. Ola bilər ki, avtomobil hərəkəti zamanı hansısa şübhə doğura bilər. Ola bilər, həqiqətən də, maşının xarici işıqlarında hansısa nasazlıq müşahidə edilib”.

 

Qeyd edək ki, dünən yol polisi deputat Razi Nurullayevi saxlayıb. Bu barədə millət vəkili "Facebook” səhifəsində yazıb.Baku.ws


Geri dön