Ana Sayfa > Karusel > 37 dərəcə isti olacaq - Sabahın havası

37 dərəcə isti olacaq - Sabahın havası


20-07-2023, 13:49. Yazar: Admin

37 dərəcə isti olacaq - Sabahın havası

 

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti , dağlarda gecə 12-17° isti, gündüz 17-22° isti olacaq.


Geri dön