Ana Sayfa > Karusel > Tanınmış aktyorun kassasiya şikayəti icraata götürüldü

Tanınmış aktyorun kassasiya şikayəti icraata götürüldü


20-07-2023, 11:44. Yazar: Admin

 

Xuliqanlıq ittihamı ilə məhkum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayevin kassasiya şikayəti icraata götürülüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Report-a onun vəkili Səlahəddin Cəfərov məlumat verib.

İş Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

Şikayətdə R.Rzayevə qarşı irəli sürülmüş ittihamın əsassız olduğu qeyd edilərək bəraət qərarı çıxarılması istənilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələki məlum deyil.

 


Geri dön