Ana Sayfa > Karusel / Mədəniyyət > İlham Əliyevdən tanınmış alimlə bağlı - Sərəncam

İlham Əliyevdən tanınmış alimlə bağlı - Sərəncam


19-07-2023, 16:13. Yazar: Admin

ilham-eliyevden-taninmis-alimle-bagli

Prezident İlham Əliyev urologiya və andrologiya sahəsində tanınmış alim, Türk Ağsaqqalları Birliyinin (TAİB) sədri Sudeif İmamverdiyevlə bağlı Sərəncam imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə Sudeif Bəşir oğlu İmamverdiyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, S.İmamverdiyev 1995- 2005-ci illərdə Milli Məclisin deputatı olub. İyulun 2-si onun 85 yaşı tamam olub.


Geri dön