Tərəvəzlərdən mütəmadi istifadə, fiziki məşqlər və siqaretdən imtina böyrəklərin xroniki xəstəliklərinin inkişaf riskini azaldır.
Qarabaginfo.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə beynəlxalq alimlər qrupu tərəfindən aparılan araşdırmada deyilir.
Mütəxəssislər 16 ölkədən 2,5 milyondan çox sağlam insanın məlumatları daxil olan 100-dən çox elmi məqaləyə sistematik baxış keçiriblər və meta-analiz aparıblar. Alimlərin məqsədi həyat tərzindəki hansı dəyişikliklərin böyrək xəstəliyinə tutulma riskini azalda biləcəyini tapmaq idi. Alimləri xüsusilə pəhriz, idman, siqaret və alkoqol istehlakı kimi amillərin böyrəklərin vəziyyətinə təsiri maraqlandırıb.
Alimlərin sözlərinə əsasən, böyrəklərin sağlam qalmağı üçün tərkibində kifayət qədər kalium olan tərəvəzlə zəngin pəhriz gözləmək lazımdır. Həmçinin alkoqollu içkilərin istehlakını azaltmaq və fiziki aktivliyi artırmaq məsləhət görülür. Siqaretdən və duzdan imtina da böyük rol oynayır. Bütün bu tövsiyyələr kompleks halda böyrəyin xroniki xəstəliklərinin yaranma riskini 14-22% azaltmağa kömək edir.