Ana Sayfa > Karusel / Region > Leninin mavzoleyinə “Molotov kokteyli” atan şəxsin kimliyi məlum olub

Leninin mavzoleyinə “Molotov kokteyli” atan şəxsin kimliyi məlum olub


18-07-2023, 12:46. Yazar: Admin

Qırmızı Meydanda Leninin mavzoleyini yandırmağa cəhd edən şəxsin kimliyi məlum olub.

Qarabaginfo.az xəbər verir ki, “Baza” və “Shot” teleqram kanallarının məlumatına görə, bu, 37 yaşlı Çita sakini Konstantin Staçukovdur.

Staçukov ad günü ərəfəsində Leninin mavzoleyini yandırmağa cəhd edib. İyulun 17-də saat 22:00-da o, Qırmızı Meydana gələrək mavzoleyə tərəf “Molotov kokteyli” atıb. Şüşə səki daşlarının üstündə qırılaraq alovlanıb, mavzoleyə ziyan dəyməyib.

Çita sakini polis əməkdaşları tərəfindən tutulub. İndi həmin şəxs polis bölməsindədir, onun hərəkətlərinin motivləri araşdırılır. Konstantin Staçukov barəsində polis əməkdaşının qanuni tələbinə tabe olmama maddəsi ilə inzibati protokol tərtib edilib.

“Mash”ın məlumatına görə, Çita sakini artıq iki ay əvvəl nalayiq davranışa görə saxlanılaraq psixiatriya xəstəxanasına yerləşdirilib.(Azpost.info)


Geri dön