Ana Sayfa > Karusel > Zibilliyə atılan körpənin anası TAPILDI

Zibilliyə atılan körpənin anası TAPILDI


18-07-2023, 10:40. Yazar: Admin

 

Zibilliyə atılan körpənin anası TAPILDI

 

Ötən gün Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, dərhal Polis Şöbəsinin əməkdaşları tərəfindən uşaq həmin yerdən götürülərək tibb müəssisəsinə yerləşdirilib.

 

Körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib. Hazırda həmin şəxs barəsində toplanmış materiala hüqiqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

 

Araşdırmalar davam edir.


Geri dön