Ana Sayfa > Karusel / Dünya / Hadisə > Cənubi Koreyada intensiv yağış yeddi nəfərin həyatına son qoyub

Cənubi Koreyada intensiv yağış yeddi nəfərin həyatına son qoyub


15-07-2023, 09:04. Yazar: Admin

Cənubi Koreyada intensiv yağış yeddi nəfərin həyatına son qoyub

Cənubi Koreya Respublikasında intensiv yağışın səbəb olduğu sürüşmə və daşqınlar nəticəsində azı 7 nəfər ölüb, 3 nəfər itkin düşüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Ölkə üzrə 1500-dən çox insan müvəqqəti dislokasiya məntəqələrinə yerləşdirilib.

Çunçonqbukto əyalətində 6400-dən çox sakin təxliyə edilib.

Koreya Respublikasının Meteorologiya İdarəsinin məlumatına görə, iyulun 13-dən etibarən bir sıra bölgələrə 400 mm-dən çox yağıntı düşüb.


Geri dön