Ana Sayfa > Karusel / Region > Kreml Şoyqunu xəyanətdə ittiham edən generalla bağlı danışmaq istəmədi

Kreml Şoyqunu xəyanətdə ittiham edən generalla bağlı danışmaq istəmədi


14-07-2023, 15:36. Yazar: Admin

Kreml Cənub Hərbi Dairəsinin 58-ci Birləşmiş Silahlı Qüvvələrinin komandanı vəzifəsindən azad edilmiş general-mayor İvan Popovun ölkənin hərbi rəhbərliyinə qarşı kəskin tənqidlərinə cavab verməkdən imtina edib.

Qrabaginfo.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu sualla Müdafiə Nazirliyinə müraciət etməyi tövsiyə edib.

“Biz şərh vermirik. Axı, söhbət hərbçilərdən, Müdafiə Nazirliyindən gedir. Ona görə də şərhlər üçün onlarla əlaqə saxlamağınızı tövsiyə edirik”, – Peskov deyib.

Qeyd edək ki, Popov müdafiə naziri Sergey Şoyqunun birbaşa adını çəkməsə də, ölkənin hərbi rəhbərliyini “xəyanətkar” adlandırmışdı.

(Azpost.info)


Geri dön