Ana Sayfa > Karusel / Region > Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı referendum keçirməkdən imtina etdi

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı referendum keçirməkdən imtina etdi


14-07-2023, 13:43. Yazar: Admin

Britaniya hökuməti Ukraynaya dəstək məqsədilə xarici siyasət kursuna yenidən baxılması və Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı referendum keçirməkdən imtina edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Hökumət Ukraynaya kömək etməkdə və Rusiyanı qanunsuz işğala görə məsuliyyətə cəlb etməkdə qərarlıdır”, – bəyanatda deyilir.

İyunun 25-də Britaniya parlamentinin saytında Britaniya hakimiyyətinin Ukraynanı dəstəkləmək və Rusiya ilə qarşıdurmada davam etmək kursunun məqsədəuyğunluğu barədə referendumun keçirilməsi ilə bağlı petisiya 10 mindən çox imza toplayıb.(Azpost.info)


Geri dön